ABŞ Türkiyəni yeni sanksiyalarla hədələyir


ABŞ Türkiyənin Rusiyaya həssas Amerika mallarını ixrac edən türk şirkətlərinə qarşı yeni məhdudiyyətlər tətbiq edə bilər.


Bu barədə Britaniyanın "Financial Times" qəzetinə şərhində ABŞ ticarət katibinin köməkçisi Metyu Akselrod bildirib.

“Türkiyə bizə Amerika texnologiyalarının Rusiyaya qeyri-qanuni axınının qarşısını almağa kömək etməlidir”, - deyə o bildirib. ABŞ Ticarət Departamentinin nümayəndəsi əlavə edib: "Biz bu məsələdə Türkiyənin səlahiyyətli orqanlarından və sənayesindən irəliləyiş görmək istəyirik. Əks halda, bizim ixrac nəzarətimizdən yayınanlara məhdudiyyətlər tətbiq etməkdən başqa çarəmiz olmayacaq".

Nəşrin məlumatına görə, Akselrod bu yaxınlarda Ankara və İstanbula səfəri zamanı ABŞ-ın qadağasından yan keçərək, həssas Amerika texnologiyalarının Rusiya Federasiyasına ötürülməsində əli olduğu iddia edilən Türkiyə hakimiyyət orqanlarından narazılığını bildirib. O, həmçinin Ankaranı ABŞ-ın nəzarətində olan malların Rusiyaya daşınmasına qoyulan qadağaya əməl olunmasını təmin etməyə çağırıb.

ABŞ Ticarət Departamenti artıq Amerika mallarını Rusiyaya daşıdığı iddia edilən 18 şirkəti sanksiya siyahısına daxil edib və gələcəkdə heç bir irəliləyiş əldə olunmasa, bu siyahı Türkiyə şirkətləri ilə genişləndirilə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu