Papua Yeni Qvineyada avtobusa silahlı hücum nəticəsində 7 nəfər ölüb


Papua Yeni Qvineyanın Enqa əyalətində silahlı qruplaşmanın ictimai avtobusa təşkil etdiyi hücumda 7 nəfər həyatını itirib.


“The Guardian” qəzetinin məlumatına görə, silahlı basqınçılar Enqa əyalətinin Laqaip bölgəsində dağlıq nöqtədə hərəkətdə olan avtobusa fərq qoymadan atəş açıblar.

Komissar müavini Cozef Tondop verdiyi açıqlamada hücumda ən az 7 sərnişinin həyatını itirdiyini deyib. O, İtkin düşən 17 sərnişinin sağ olub-olmamasının məlum olmadığı bildirib: "Onların sağ və ya yaralı olduğu bəlli deyil. Kolların arasında gizlənmə ehtimalı da var, ya da qonşu tayfalara sığınmış ola bilərlər”.

Tondop hücumun intiqam cinayəti olduğunu və hadisənin avtobusun sərnişinlərindən biri ilə hücum edən qrup arasındakı düşmənçilikdən qaynaqlandığını düşündüklərini deyib.

Papua Yeni Qvineyada tayfalar əsrlər boyu bir-biri ilə vuruşurlar. Qəbilə qarşıdurmalarında mütəmadi olaraq silah, pala və qumbaraatanlardan istifadə olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu