İmişlidə şəhid ailələrinin övladlarına kompüter təlimi keçilib


İmişlidə şəhid və müharibə iştirakçıları ailələrindən olan şagirdlərə kompüter təlimləri keçirilib



“Araz” Humanitar Tədqiqatlar İctimai Birliyinin icra etdiyi “İmişlidə şəhid və müharibə iştirakçıları ailələrindən olan şagirdlər üçün Kompüter Mərkəzi” layihəsi çərçivəsində kompüter təlimlərinin başlaması məqsədi ilə 31 May 2025-ci il tarixində İmişli şəhərində tədbir keçirilmişdir.



Tədbirdə kompüter təlimlərində iştirak edəcək şagirdlər, şəhid və müharibə iştirakçıları ailələrindən olan valideyinlə, yerli icra hakimiyyəti nümayəndələri, müəllimlər, QHT nümayəndələri, və veteran təşkilatları nümayəndələri iştirak etmişdir.



Tədbiri “Araz” Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Lütvəli Zeynallı çıxış edərək məlumat verdi ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi agentliyinin maliyyələşdirdiyi “İmişlidə şəhid və müharibə iştirakçıları ailələrindən olan şagirdlər üçün Kompüter Mərkəzi” layihəsi çərçivəsində şağirdlərə 2 ay müddətinə kompüter təlimləri keçiriləcək.



Layihə eyni zamda Cənab prezidentin 28 dekabr 2024-ci il tarixli sərəncamı ilə elan edilmiş “Konstitusiya və Suverenlik ili” nə həsr olunduğunu bildirdi. O, tədbirdə iştirak edən İmişli rayon İcra Hakimiyyətinin əməkdaşlarına, Şəhid ailələri və müharibə iştirakçıları cəmiyyətinin nümayəndəsinə, Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin İmişli şöbəsinin əməkdaşına, qazilərə, müəllimlərə və vailideyinlərə təşəkgür etdi və şagirdlərə uğurlar arzuladı.



Sonra İmişli Rayon İcra Hakimiyyətinin əməkdaşı Emin Məmmədov çıxış etdi. O, dövlətimizin şəhid və müharibə iştirakçıları ailələrinə qayğısının ildən ilə artmasından danışdı, şagirdlərə uğurlar arzuladı.



Daha sonra Şəhid ailələri və müharibə iştirakçları cəmiyyətinin nümayəndəsi Nəsimi Əliquluyev, ikinci Qarabağ müharibəsi qazisi Elburus Babaşov, “Araz” Humanitar Tədqiqatlar İctimai Birliyinin sədr müavini Əbülfət Zeynallı çıxış edər layihənin əhəmiyyətindən danışdı. Layihəni maliyələdirən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürlərini bildirdilər və şagirdlərə uğurlar arzuladılar.












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu